NATO-nun Almaniyadakı aviabazasında təhlükəsizlik səviyyəsi artırılıb
Əziz Əzizli
NATO, kəşfiyyatın mümkün terror hücumu ilə bağlı xəbərdarlıqlarından sonra Almaniyanın qərbindəki “Geilenkirchen” hava bazasında təhlükəsizliyi gücləndirib.
"Operativ Media" xəbər verir ki, bu barədə avqustun 23-də NATO-nun Aviasiya Nəzarəti və Xəbərdarlıq Şöbəsi özünün “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Bütün qeyri-missiya personalı ehtiyat tədbiri olaraq evə göndərilib. Personalımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir. Əməliyyatlar planlaşdırıldığı kimi davam edir”, - deyə məlumatda bildirilir.
“Reuters“in məlumatına görə, “Geilenkirchen” bazasının sözçüsü təhdid səviyyəsinin “Çarli”yə; yəni dörd xəbərdarlıq səviyyəsinin ikincisi səviyyəsinə qaldırıldığını bildirib