Menyu

Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib

Nərmin Qocamanlı
Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib

Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Təhsil Məsələləri və Mənəvi Dəyərlərin Təbliği Baş İdarəsinin rəisi general-mayor Misfir bin Həsən Əl-İsanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi polkovnik Elşad Əbilov qonaqlarla görüşüb.

Nümayəndə heyətinə “hərbçilərin mənəvi-psixoloji ruhunun yüksəldilməsində milli-mənəvi, əxlaqi və vətənpərvərlik dəyərlərinin mühüm rolu” mövzusunda mühazirələr oxunub, ideoloji işin təşkili və hərbi psixoloqların hazırlığı istiqamətində görülən işlər, eləcə də əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsindən söhbət açılıb və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər