Çin və Tailand Hərbi Hava Qüvvələri birgə təlimlər keçirəcək
Nərmin Qocamanlı
Avqustda Çin və Tailandın Hərbi Hava Qüvvələri birgə təlimlər keçirəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Çin və Tailand hərbçiləri arasında illik əməkdaşlıq planına əsasən, avqust ayında Tailand Hərbi Hava Qüvvələri bazasında iki ölkənin birgə hərbi hava qüvvələrinin təlimləri keçiriləcək”, - deyə Çin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edilib ki, təlimlər hər iki tərəfin silahlı qüvvələrinin hərbi-texniki səviyyəsinin artırılması, Çin və Tailand hərbçiləri arasında praktiki mübadilə və əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net