Biləsuvarda avtomobil qəzası olub, sürücü dünyasını dəyişib
Yanvarın 6-da saat 15 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində rayon sakini E.Cəbrayılov idarə etdiyi “Saipa” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.
Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.