Xersonda 37 yaşayış məntəqəsi atəşə tutulub
Operativ Media
Rusiya ordusu son sutka ərzində Ukraynanın Xerson vilayətində 37 yaşayış məntəqəsini, o cümlədən vilayət mərkəzini pilotsuz uçuş aparatları və artilleriya vasitəsilə atəşə tutub.
Operativ Media xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.
Onun sözlərinə görə, hücumlar zamanı əsasən kritik və sosial infrastruktur obyektləri, eləcə də yaşayış məhəllələri hədəfə alınıb.
Atəş nəticəsində 8 çoxmərtəbəli yaşayış binası, 15 fərdi ev, su və mobil rabitə qüllələri, həmçinin kənd təsərrüfatı texnikası zədələnib.
Vilayət rəhbəri bildirib ki, hücumlar nəticəsində 14 mülki şəxs yaralanıb, 17 nəfər isə təhlükəsizlik məqsədilə təxliyə olunub.