NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib
Operativ Media
NATO ölkələri Latviyada Baltik Zenit 2026 hava hücumundan müdafiə təlimi keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik qeyd edib ki, təlimlərdə Latviya, Litva, Estoniya, Kanada və İsveçdən olan hava hücumundan müdafiə qüvvələri iştirak edib.
Baltik dənizi yaxınlığındakı Yurmaltsiems təlim poliqonunda iştirakçılar bir sıra gündüz və gecə atəş təlimləri keçiriblər. Təlimlərin başlanması 3 iyunda elan edilib.