Ana səhifə / Dünya / İspaniya Ukraynaya 10 Leopard tankı göndərib İspaniya Ukraynaya 10 Leopard tankı göndərib 15.07.2024, 16:16 Nərmin Qocamanlı İspaniya hakimiyyəti Ukraynaya 10 Leopard tankından ibarət yeni partiya göndərib. "Operativ Media" xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin bəyanatında deyilir. “Hərtərəfli təmir prosesi başa çatdıqdan sonra 10 Leopard 2A4 tankının Ukraynaya multimodal daşınmasına başlanılıb”, - departament qeyd edib. Yükün gələn həftəsonuna qədər Polşa limanına çatması, daha sonra isə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcəyi gözlənilir. Belə ki, Madrid artıq Kiyevə 20 Leopard döyüş maşını göndərib. Daha bir partiya 2024-cü ilin ikinci yarısında Ukraynaya verilə bilər. Teqlər: "\u0130spaniya Ukraynaya 10 Leopard tank\u0131 g\u00f6nd\u0259rib"
26.02.2026, 16:36 Hidayət Heydərov və Zelim Kotsoyev rəqiblərini tanıdı — "Böyük Dəbilqə"nin püşkatma nəticələri
26.02.2026, 16:32 XİN rəhbəri: Gürcüstan Vensin Ermənistan və Azərbaycana səfərini yüksək qiymətləndirir