Ana səhifə / Cəmiyyət / Gəncədə yaşayış evində yanğın olub Gəncədə yaşayış evində yanğın olub 30.12.2022, 20:29 Gəncə şəhərinin Məhsəti qəsəbəsində yaşayış evində yanğın olub. Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Ümumi sahəsi 220 m² olan kürsülü, ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb