Taleh Kazımov DB-nin Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Nərmin Qocamanlı
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə AMB sədri öz "X" hesabında paylaşım edib.
"Görüş zamanı DB ilə əməkdaşlıq çərçivəsində Azərbaycaicra olunan və perspektivdə duran layihələr və təşəbbüslərdən danışdıq. Həmçinin DB-nin Azərbaycanda həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı gündəmdə olan mühüm məsələləri müzakirə etdik", - sədr qeyd edib.
Teqlər:
"Taleh Kaz\u0131mov DB-nin C\u0259nubi Qafqaz \u00fczr\u0259 regional direktoru il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"