Menyu

Qazaxıstanın nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Nərmin Qocamanlı
Qazaxıstanın nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib

Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Polis Baş İdarəsinin nümayəndələri Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılan büstü önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.

Keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qazaxıstan nümayəndə heyəti Hərbi Polis bölmələrinin istifadəsində olan müasir silah və texnikaya, həmçinin avtomobil parkına baxış keçirdikdən sonra bölmələrin nümayiş məşğələsini izləyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər