Menyu

Yanvar-may aylarında DSMF-nin xərcləri 14 faiz artıb

Yanvar-may aylarında DSMF-nin xərcləri 14 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 5 ayında proqnozla müqayisədə 2,9 faiz və ya 78 mln. manat çox olmaqla 2 mlrd. 768 mln. manat təşkil edib.

Bu barədə "Operativ Media"ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 8,8 faiz və ya 187 mln. manat artaraq 2 mlrd. 292 mln. manat olub.

Yanvar-may aylarında DSMF-nin xərcləri 2 mlrd. 853 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 347 mln. manat çoxdur.

Teqlər:

"Yanvar-may aylar\u0131nda DSMF-nin x\u0259rcl\u0259ri 14 faiz art\u0131b"

Əlaqəli Xəbərlər