Ana səhifə / İqtisadiyyat / Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıblar Azərbaycan və BƏƏ qarşılıqlı investisiya qoyuluşunu kəskin artırıblar 19.06.2024, 11:12 Bu ilin I rübündə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyatına 65,8 milyon ABŞ dolları investisiya yatırıb. "Operativ Media" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur. Hesabat dövründə Azərbaycanın BƏƏ-nin iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 7,8 %-dən 19,9 %-ə çatıb. Yanvar-mart aylarında BƏƏ isə Azərbaycan iqtisadiyyatına 190,7 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə 1 il əvvələ nisbətən 3,5 dəfə çoxdur. İl ərzində BƏƏ-nin Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 3,6 %-dan 12,6 %-a çatıb. Teqlər: "Az\u0259rbaycan v\u0259 B\u018f\u018f qar\u015f\u0131l\u0131ql\u0131 investisiya qoyulu\u015funu k\u0259skin art\u0131r\u0131blar"
27.02.2026, 16:08 UEFA xəbərdarlıq edir: Maaşlar və əməliyyat xərcləri son 15 ilin maksimumuna yüksəlib
27.02.2026, 15:59 347 qram qızılın gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb