NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir
Nərmin Qocamanlı
2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.
MN-dən "Operativ Media"ya verilən məlumata görə, kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.
Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma