Menyu

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Özbəkistana rəsmi səfəri davam edir

Nərmin Qocamanlı
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Özbəkistana rəsmi səfəri davam edir

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Özbəkistan Respublikasına rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, səfər çərçivəsində Daşkənd şəhərindəki “Qələbə parkı” abidə kompleksi ziyarət olunub, “İlhaq” abidəsinin önünə əklil qoyularaq ehtiram nümayiş etdirilib.

Azərbaycan nümayəndə heyəti “Çimqan" Dağ hazırlığı üzrə təlim-tədris mərkəzinə gələrək buranın infrastrukturu və tədris-maddi bazası ilə tanış olub.
Daha sonra Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası ziyarət olunub. General-polkovnik K.Vəliyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.

Azərbaycan nümayəndə heyətinə akademiyanın fəaliyyəti barədə ətraflı məlumat verildikdən sonra qonaqlar burada yaradılan şəraitlə tanış olublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər