Mikayıl Cabbarov BP ilə dayanıqlı enerjiyə keçidi müzakirə edib
BP şirkətinin Azərbaycanda potensial layihələri və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr aparılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X"də paylaşım edib.
"Həmkarlarla birlikdə BP şirkətinin istehsal və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşdük. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr və qlobal iqlim çağırışlarından irəli gələn dayanıqlı enerji mənbələrinə keçid barədə müzakirələr apardıq", - paylaşımda qeyd edilib.
Teqlər:
"Mikay\u0131l Cabbarov BP il\u0259 dayan\u0131ql\u0131 enerjiy\u0259 ke\u00e7idi m\u00fczakir\u0259 edib"