Mikayıl Cabbarov Peter Siyarto ilə görüşüb
Nərmin Qocamanlı
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə Azərbaycan - Macarıstan iqtisadi əlaqələrini gücləndirən birgə layihələr, enerji, nəqliyyat, əczaçılıq sahələrində fəal əməkdaşlıq, macar şirkətlərinin ölkəmizdəki fəaliyyəti və investisiya tərəfdaşlığımızın təşviqi barədə fikirlərimizi bölüşdük".
"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X"də bildirib.
"Macarıstanın MVM şirkətinin Şahdəniz layihəsində pay alışı ilə bağlı imzalanan sənəd ölkələrimizin iqtisadi və enerji tərəfdaşlığını daha da gücləndirəcək", - nazir qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net