Menyu

Ötən ay KTM-ə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib

Nərmin Qocamanlı
Ötən ay KTM-ə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib

May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 100 nəfər qəbul edilib.

Şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

Teqlər:

"\u00d6t\u0259n ay KTM-\u0259 z\u0259h\u0259rl\u0259nm\u0259 s\u0259b\u0259bil\u0259 100 n\u0259f\u0259r q\u0259bul edilib"

Əlaqəli Xəbərlər