Menyu

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Nərmin Qocamanlı
Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir. Forumda 7 türk dövləti təmsil olunur.

"Operativ Media" xəbər verir ki, bu barədə forum çərçivəsində keçirilən tədbirdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

Onun sözlərinə görə, forumda Rusiya, Belarus və Gürcüstan qonaq qismində iştirak edəcəklər.

AQC sədri həmçinin tədbirin gündəliyi və müzakirə ediləcək məsələlər, eyni zamanda qurum qarşısında duran vəzifələr və perspektivlər barədə də məlumat verib, hesabat məruzəsi dinlənilib.

Tədbirdə forum iştirakçıları tərəfindən səsvermə yolu ilə AQC sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiriciləri Birliyinin rəhbəri seçilib.

Qeyd olunub ki, növbəti - 4-cü forum gələn il keçiriləcək.

Teqlər:

"Bak\u0131da T\u00fcrk D\u00f6vl\u0259tl\u0259ri Qiym\u0259tl\u0259ndiricil\u0259rinin III Beyn\u0259lxalq Forumu ke\u00e7irilir"

Əlaqəli Xəbərlər