Menyu

Biləsuvarda narkokuryerdən 7 kiloqramdan çox narkotik vasitələr aşkarlanıb

Nərmin Qocamanlı
Biləsuvarda narkokuryerdən 7 kiloqramdan çox narkotik vasitələr aşkarlanıb

Biləsuvarda saxlanılan narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlər nəticəsində Bəhmən Əhmədov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq heroin, tiryək, həşiş qətranı və marixuana, əlavə olaraq 118 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Araşdırmalarla B.Əhmədovun İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyi və maddi qazanc qarşılığında narkotik vasitələri deyiləcək yerlərə çatdırmağa razılaşdığı müəyyən edilib.

Araşdırmalar aparılır.

Teqlər:

"Bil\u0259suvarda narkokuryerd\u0259n 7 kiloqramdan \u00e7ox narkotik vasit\u0259l\u0259r a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər