Menyu

Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Əziz Əzizli
Samuxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün “Lada” markalı avtomobilin sürücüsünə “saxla” işarəsi verib.

Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, sürücü M.Abdullayev tibbi müayinədən keçirilən zaman onun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində toplanmış material məhkəməyə göndərilib.

Bundan başqa rayon ərazisində keçirilən profilaktik tədbir zamanı digər yol hərəkəti qaydalarını pozan daha 23 sürücü barəsində inzibati protokol tərtib edilib

Teqlər:

"Samuxda narkotik vasit\u0259nin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər