Menyu

Şəmkirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb

Nərmin Qocamanlı
Şəmkirdə ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb

Daxil olan məlumat əsasında Şəmkir rayonunda fəaliyyət göstərən, fiziki şəxs Hadıyev Anar Sadəddin oğluna məxsus ət satışı mağazasına Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətinin mənşəyi və keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranıb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, aparılan araşdırma zamanı Hadıyev Anar Sadəddin oğlunun həyətyanı sahəsində ölmüş heyvanın kəsilərək mağazada satışının həyata keçirildiyi müəyyən olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Sınaq protokoluna əsasən, ətin istehlaka yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız ətin satışı qadağan edilib və saxlanca qoyulub, eyni zamanda işə hüquqi qiymət verilməsi üçün aidiyyəti quruma göndərilib.

Teqlər:

"\u015e\u0259mkird\u0259 \u00f6lm\u00fc\u015f heyvan \u0259tinin sat\u0131\u015fa \u00e7\u0131xar\u0131lmas\u0131n\u0131n qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"

Fotogalereya

Əlaqəli Xəbərlər