Azərbaycan Ordusunun səhra geyim forması niyə dəyişib?
Azərbaycan Ordusunun səhra geyim forması dəyişib.
“Operativ Media” yeni səhra geyim forması ilə bağlı bir sıra maraqlı detallar əldə edib.
İlk olaraq qeyd edək ki, Azərbaycan ordusunun hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz növbəsində yay və qış geyimlərinə bölünür.
Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinmək üçün nəzərdə tutulmuşdur.
Səhra geyim forması döyüş şəraitində, sutkalıq naryadlarda (qərargahlarda, idarələrdə və müəssisələrdə növbətçiliklərdən başqa), təlimlərdə, manevrlərdə, döyüş növbələrində və təlim mərkəzindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulub.
Göründüyü kimi faktiki olaraq "Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında" Əsasnaməyə uyğun olaraq ən çox istifadə edilən geyim forması səhra geyim formasıdır. Səhra geyim formasının dəyişdirilməsinin bir neçə səbəbi var.
Daim artan dəqiqlik və silah silsiləsi, habelə hava məkanının ustalığı, sərbəst hərəkət etməyi məhdudlaşdırmadan, müxtəlif vəziyyətlərdə maksimum gizlənməni təmin edən hərbi texnikanın meydana gəlməsinə səbəb oldu. İndi artıq tək rəngli və çox rəngli kamuflyajlar var. Adətən bağlı olduğu monoxromatik kamuflyajın ən populyar "rəngi" xaki-dir. Müxtəlif növ meşələrdə, çöllərdə, qarda və s.-də kamuflyaj üçün bir çox rəng sxemi mövcuddur. Əvvəllər heç vaxt hərbi geyimlər indiki kimi mülki geyimlərdən bu qədər fərqlənmirdi. Azərbaycan ordusununun bölmələrinin fəaliyyət göstərdiyi ərazi relyefi isə dəyişib. Keçmiş təmas xətti xüsusilə yarımsəhra ərazi relyefində təşkil edirdi. Məhz bu səbəbdən də 2013 cü ildə Azərbaycan ordusunun səhra geyim formasında xaki rənginin torpaq rənginin tonlarına uyğun geyimin tətbiqinə başlanıldı.
Vətən müharibəsindən sonra şərti sərhəd daha da dərinliklərə doğru çəkildi. Diqqət etsək görərik ki, müdafiə xətti artıq dağlıq və meşə relyefində təşkil edilib. Xaki rənginin tünd tonları isə belə ərazilərdə daha yaxşı kamuflyaj olmağa, gizlənməyə və xidmətin görünməni az təmin edərək təşkil edilməsinə imkan verir.
Yeni geyim forması həm də NATO standartlarına da uyğundur. Yeni səhra geyim formasında hərbi qulluqçuların rütbələri çiyində deyil, sinədə yer alıb. Rütbənin bu qaydada vurulması Hərbi Dəniz Qüvvələrində illərdir tətbiq edilir.
Sinə ciblərinin düz deyil, vertikal olması formanın bədən quruluşuna tam oturması və düz qamət görünüşü verir. Yeni geyim forması yun və pambıq qarışığında olan xüsusi parçadan hazırlanıb. Şalvar üçün bir qayda olaraq dizlik vurulub.
Xüsusilə onu da qeyd etmək lazımdır ki, tarix boyunca müharibə aparmış orduların geyimi hər zaman dəyişib. Azərbaycan ordusunun yeni səhra geyim forması isə özündə müasir elementləri cəmləşdirməklə xüsusi sifarişlə hazırlanıb.
Elmin Bayramlı