Menyu

AQTA “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlayıb

Nərmin Qocamanlı
AQTA “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlayıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar “COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair” təlimat hazırlanıb.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, təlimat beynəlxalq tədbir zamanı ictimai iaşə müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hazırlanıb və metodiki tövsiyə xarakteri daşıyır.

Təlimatda ictimai iaşə obyektlərində qida məhsulları, işçi heyəti, təmizlik və dezinfeksiya işləri, qida tullantılarına dair qanunvericiliyin tələbləri öz əksini tapıb.

COP29-la bağlı Agentlik tərəfindən təsdiqlənmiş Tədbirlər Planına əsasən hazırlanan sözügedən təlimatın ictimai iaşə müəssisələrində paylanılması nəzərdə tutulub. Təlimatla aşağıdakı fayl vasitəsilə tanış ola bilərsiniz:

COP29 tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat

Teqlər:

"AQTA \u201cCOP29 t\u0259dbiri zaman\u0131 ictimai ia\u015f\u0259 obyektl\u0259rind\u0259 sanitar-gigiyenik normalara dair\u201d t\u0259limat haz\u0131rlay\u0131b"

Əlaqəli Xəbərlər