Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində iqtisadi fəaliyyət xərclərinin 7 788 milyon manatdan 9 902,7 milyon manata çatdırılması nəzərdə tutulur.
"Operativ Media" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Beləliklə, iqtisadi fəaliyyət xərcləri 2 114,7 milyon manat artırılır.
O cümlədən, tikinti və şəhərsalma xərcləri 6 309,4 milyon manatdan 8 111,3 milyon manata çatdırılır.
Teqlər:
"Az\u0259rbaycanda iqtisadi f\u0259aliyy\u0259t x\u0259rcl\u0259ri 2 milyard manatdan \u00e7ox art\u0131r\u0131l\u0131r"