Menyu

AQTİ-də dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün təlim keçirilib

Nərmin Qocamanlı
AQTİ-də dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün təlim keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. 

Qida Təhlükəsizliyi Agentliyindən "Operativ Media"ya verilən məlumata görə, AQTİ mütəxəssisləri tərəfindən növbəti ödənişsiz təlim dönərin emalı aparılan obyektlərin əməkdaşları üçün təşkil edilib. 

Təlimdə iştirakçılara dönərin emalı aparılan obyektlərin qeydiyyatdan keçirilməsi və bu sahə ilə bağlı qanunvericiliyin digər tələbləri haqqında ətraflı məlumat verilib. Onlar çiy dönərin emalı üçün istifadə olunan ətə və hazır çiy dönər yarımfabrikatları ilə işləyən ictimai-iaşə obyektlərinə dair tələblər, işçilərin tibbi müayinədən keçirilməsi, həmçinin müvafiq müəssisələrdə qida ilə təmasda olan səthlər, alətlər, avadanlıqlar və ləvazimatlar haqqında məlumatlandırılıblar.

Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
 

Teqlər:

"AQT\u0130-d\u0259 d\u00f6n\u0259rin emal\u0131 apar\u0131lan obyektl\u0259rin \u0259m\u0259kda\u015flar\u0131 \u00fc\u00e7\u00fcn t\u0259lim ke\u00e7irilib"

Fotogalereya

Əlaqəli Xəbərlər