Menyu

Simeon Slavçev: "Qarabağ"da xaos yoxdur, klubun aydın oyun fəlsəfəsi var

Operativ Media
Simeon Slavçev: "Qarabağ"da xaos yoxdur, klubun aydın oyun fəlsəfəsi var

​Bolqarıstan milli komandasının  və "Qarabağ"ın keçmiş futbolçusu Simeon Slavçev "Studio Derby"yə verdiyi müsahibədə UEFA Avropa Liqasında keçiriləcək CSKA (Sofiya) – "Qarabağ" cavab qarşılaşmasını şərh edib.

​Operativ Media xəbər verir ki, vaxtilə Azərbaycan təmsilçisinin də şərəfini qorumuş yarımmüdafiəçi hər iki klub arasında paralellər apararaq Ağdam komandasının üstün cəhətlərini diqqətə çatdırıb:

​"Qarabağ" və CSKA arasında çoxlu müqayisələr apara bilərik. "Qarabağ" Azərbaycanın rəmzidir, çox insan bu komandanı dəstəkləyir. Lakin azarkeş kütləsi və dəstəyi baxımından heç bir halda CSKA ilə müqayisə oluna bilməz. Qurban Qurbanov 15 ildən artıqdır ki, bu klubun baş məşqçisidir. O da başlanğıcda hazır deyildi. Lakin indi öz dest xəttini formalaşdırıb, klubu təməlindən qurub. Transferlər, daxili siyasət, məşq prosesi – bir sözlə, hər bir məsələdə son söz sahibidir. "Qarabağ"da xaos yoxdur, aydın identiklik və oyun üslubu var. Klubun hər bir səviyyəsində sabitlik hökm sürür və nəticə gözlənilir. İndiyədək "Qarabağ" Avropada nəticə qazanmağa qadir olduğunu göstərib. Büdcələri həddindən artıq böyük deyil. CSKA-da sevindirici məqam isə odur ki, bu maliyyə gücü ilə doğru yolla getməyə başladılar – stadion inşası, uşaq-gənclər akademiyası və təlim-məşq bazası qurulur. Yalnız bundan sonra futbolçulara, məşqçiyə və gələcək uğurlara baxmaq olar".

​Bolqarıstanlı oyunçu komandaların oyun üslubu və qarşıdakı cavab matçı barədə də fikirlərini bölüşüb:

​"Qarabağ"da xaos yoxdur. Məğlub olsalar da, qələbə qazansalar da, öz fəlsəfələrinə sadiq qalırlar. Bakıdakı matça gəlincə, demişdim ki, mövcud vəziyyətdə 0:0 hesabı CSKA üçün müsbət nəticə olardı. Əgər azarkeşlər stadionu doldurub gözəl atmosfer yarada bilsələr, bu, futbolçulara fərdi şəkildə kömək edər. Burada maraqlı bir qarşıdurma gözlənilir, çünki Qurban Qurbanov rəqib futbolçuları və onların oyun tərzini çox dərin detallarınadək təhlil edir, taktiki tələ qura bilir. Eyni zamanda, Xristo Yanev matçdan sonra planının işlədiyini və nəyisə nəzərdə tutduğunu bildirərək məni təəccübləndirdi. Lakin görək cavab oyununda hansı yanaşmanı seçəcək. Onları üstələyib qələbə qazanmağa çalışacaq, yoxsa yenidən 0:0 hesabına, əlavə vaxta və penaltilər seriyasına ümid edəcək".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər