U-17 dünya çempionatı: Nadir Həsənov qələbə ilə başladı
Operativ Media
Azərbaycanın yunan-Roma güləşçisi Nadir Həsənov (71 kq) U-17 dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/16 final mərhələsində tacikistanlı Mahdi Azizboyevi 10:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma