Bəzi hotellər COP29-la bağlı aparılan ulduz təsnifatından keçə bilməyib
Redaksiya
“Bəzi hotellər COP29-la bağlı aparılan ulduz təsnifatından keçə bilməyib”.
"Operativ Media" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova COP29 zamanı xarici qonaqların yerləşdirilməsi və turizm imkanlarının təqdimatı mövzusunda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, bəzi hotellərin qonaq qəbul etməsi ilə bağlı vəziyyəti qənaətbəxş olsa da, qanunvericiliklə tənzimlənən qaydalara uyğun deyil: “Ancaq həmin hotellər digər platformalardan öz satışlarını həyata keçirəcəklər. Dövlət Turizm Agentliyi həmin hotellərə nəzarət edəcək. Buna səbəb gələn qonaqların hər hansı problem yaşamasının qarşısını almaqdır”, - deyə A.Hüseynova əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net