Menyu

Azərbaycan “S&P Global Commodity Insights” şirkəti ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

Nərmin Qocamanlı
Azərbaycan “S&P Global Commodity Insights” şirkəti ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

"“S&P Global Commodity Insights” şirkətinin vitse - prezidenti Carlos Pascual ilə görüşdə qlobal enerji keçidi, Azərbaycanın yaşıl enerji gündəliyinin icrası və COP29 çərçivəsində əməkdaşlıq istiqamətləri üzrə müzakirələr apardıq".

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib.

"Ölkəmizin milli və regional səviyyələrdə enerji təhlükəsizliyi və dayanıqlı inkişafa töhfə verən “yaşıl enerji zona” ları, “yaşıl enerji dəhliz”lərinin yaradılması, sənaye miqyaslı bərpa olunan enerji güclərinin istifadəyə verilməsi və dekarbonizasiya tədbirləri ilə bağlı fəaliyyətini nəzərdən keçirdik", - məlumatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər