May 25-də paytaxtda genişmiqyaslı iməclik keçiriləcək
Nərmin Qocamanlı
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə şənbə günü, may ayının 25-də paytaxtda genişmiqyaslı daxili ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.
"Operativ Media" xəbər verir ki, bu barədə BŞİH məlumat yayıb.
Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları bu iməcilikdə fəal iştirak etməyə çağırıb.