Menyu

Xəzər rayonunda evdən 125 min manatlıq inşaat materialları oğurlanıb

Nərmin Qocamanlı
Xəzər rayonunda evdən 125 min manatlıq inşaat materialları oğurlanıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir nəticəsində 1986-cı il təvəllüdlü Romal Fətullayev saxlanılıb. Ondan 2 kiloqram güclü təsiredici narkotik vasitə olan heroin aşkarlanıb. R.Fətullayev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu bir nəfər tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, heroini maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imiş.

Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı isə vətəndaşlardan birinə məxsus yeni tikilməkdə olan evdən *125.000* manat dəyərində inşaat materialları oğurlayan 1993-cü il təvəllüdlü Taleh Mirzəyev və 1994-cü il təvəllüdlü  İvan Kisliyakov saxlanılıb.

Araşdırmalarla İ.Kisliyakovun həmin mənzildə gözətçi işlədiyi və oğurladığı inşaat materiallarının bir hissəsini tanışı T.Mirzəyevin vasitəsi ilə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Teqlər:

"X\u0259z\u0259r rayonunda evd\u0259n 125 min manatl\u0131q in\u015faat materiallar\u0131 o\u011furlan\u0131b"

Əlaqəli Xəbərlər