Menyu

AAYDA sədri Ağdam rayonunda vətəndaşları qəbul edəcək

Nərmin Qocamanlı
AAYDA sədri Ağdam rayonunda vətəndaşları qəbul edəcək

Mayın 24-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Ağdam rayonunda vətəndaşları qəbul edəcək.

"Operativ Media" Agentliyə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Ağdam rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbulda Ağdam, Ağcabədi və Laçın rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyənlərin Ağdam rayonu “41 №-li Yol İstismarı”, Ağcabədi rayonu “40 №-li Yol İstismarı” və Laçın rayonu “56 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Teqlər:

"AAYDA s\u0259dri A\u011fdam rayonunda v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər