Menyu

Bakı-Qəbələ-Bakı qatarları həftə sonları hər iki istiqamətdə hərəkət edəcək

Nərmin Qocamanlı
Bakı-Qəbələ-Bakı qatarları həftə sonları hər iki istiqamətdə hərəkət edəcək

25 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə ADY qatarları həftə sonları hər iki istiqamətdə hərəkət edəcək. Belə ki, həftənin şənbə və bazar günləri qatar saat 07:30-da Bakı Dəmiryol Vağzalından, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından yola düşəcək.

"Operativ Media" xəbər verir ki, ADY həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə də əlavə qatarlar təyin edir. 25 may tarixində saat 09:15-də Bakı Dəmiryol Vağzalından, 26 may tarixində saat 15:00-da isə Ağstafadan sürət qatarı yola düşəcək.

Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.

Teqlər:

"Bak\u0131-Q\u0259b\u0259l\u0259-Bak\u0131 qatarlar\u0131 h\u0259ft\u0259 sonlar\u0131 h\u0259r iki istiqam\u0259td\u0259 h\u0259r\u0259k\u0259t ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər