DİN bank kartı istifadəçilərini diqqətli olmağa çağırır
Nərmin Qocamanlı
Polis əməkdaşlarının mayın 21-də keçirdikləri tədbirlərlə Bakı şəhər sakini olan bir nəfər şəxsi aldadıb hesabına 150 manat pul ödətməkdə, Sumqayıt şəhər sakini olan bir nəfərin isə bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən iki nəfər müəyyən olunub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hər iki faktla bağlı araşdırma aparılır.
Bir daha bank kartı istifadəçilərini diqqətli olmağa çağırır, hesab məlumatlarınızı naməlum şəxslərlə paylaşmamağı tövsiyə edirik.
Teqlər:
"D\u0130N bank kart\u0131 istifad\u0259\u00e7il\u0259rini diqq\u0259tli olma\u011fa \u00e7a\u011f\u0131r\u0131r"