Səbail rayonunda saxlanılan narkokuryerdən 7 kiloqram marixuana aşkar olunub
Nərmin Qocamanlı
Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 8-ci Polis Bölməsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat keçirib.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, tədbir nəticəsində 1999-cu il təvəllüdlü Fərid Şahverdiyev saxlanılıb. Ondan 7 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. F.Şahverdiyev şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. O, narkotikləri deyiləcək yerə qoyandan sonra bu fəaliyyətinin müqabilində maddi qazanc əldə edəcəkmiş.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Teqlər:
"S\u0259bail rayonunda saxlan\u0131lan narkokuryerd\u0259n 7 kiloqram marixuana a\u015fkar olunub"