Menyu

Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Külək güclənəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Mayın 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda, 24-ü gündüzdən 27-dək isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 24-ü gündüzdən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Teqlər:

"K\u00fcl\u0259k g\u00fccl\u0259n\u0259c\u0259k \u00e7aylardan sel ke\u00e7\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər