Menyu

Bəhruz Nəbiyev: "Növbəti illərdə Peşəkar Çövkən Liqası daha çox komandanın iştirakı ilə davam edəcək"

Nərmin Qocamanlı
Bəhruz Nəbiyev: "Növbəti illərdə Peşəkar Çövkən Liqası daha çox komandanın iştirakı ilə davam edəcək"

"10 kamandanın iştirakı ilə Peşəkar Çövkən Liqasına start verildi. İlk oyunumuzu izləyirik. Əlbəttə, bu bizim üçün çox sevindirici haldır".

"Operativ Media"nın xəbərinə görə, bunu bu gün Binə Atçılıq Mərkəzində reallaşan Peşəkar Çövkən Liqasında Atçılıq Federasiyasının Baş katibi Bəhruz Nəbiyev bildirib:

"Bu idman növü bizim üçün bir sıra məqamlara görə çox vacibdir. Həm milli cinsin inkişafı, eyni zamanda qədim atüstü oyunlarımızın inkişafı naminə görülən addımlardır. Çövkən üzrə bizim ayrıca kuboklarımız il ərzində keçirildi, amma məqsədimiz bunu daha geniş yaymaq və bütün il boyu mütəmadi olaraq yarışların keçirilməsi idi. Bu Peşəkar Çövkən Liqası vasitəsi ilə biz planımıza nail olduq. Ümid edirik ki, növbəti illərdə 10 deyil, daha çox komandaların iştirakı ilə Peşəkar Çövkən Liqalarımız davam edəcək".

 

Teqlər:

"B\u0259hruz N\u0259biyev: \"N\u00f6vb\u0259ti ill\u0259rd\u0259 Pe\u015f\u0259kar \u00c7\u00f6vk\u0259n Liqas\u0131 daha \u00e7ox komandan\u0131n i\u015ftirak\u0131 il\u0259 davam ed\u0259c\u0259k\""

Əlaqəli Xəbərlər