Menyu

Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana təhvil verilib

Nərmin Qocamanlı
Türkiyənin modernləşdirdiyi "Laçın" qırıcısı Azərbaycana təhvil verilib

“Laçın” adının verildiyi, modernləşdirilmiş “SU-25 ML” markalı qırıcı təyyarəsi Azərbaycan Hərbi Hava Qüvvələrinə təhvil verilib.

"Operativ Media" xəbər verir ki, bu barədə “SavunmaSanayİST” məlumat yayıb.

Bildirilib ki, sözügedən qırıcı analoqlarından bir sıra cəhətlərinə görə fərqlənir. Onlardan biri həmin təyyarənin idarə olunabilən “Teber” aviasiya bombaları və raketlər, eləcə də qanadlı raketləri idarə etməyə imkan verən avadanlıqlarla təchiz olunmasıdır. Həmin silahlar da məhz Türkiyədə istehsal edilib.

Bununla yanaşı, təyyarənin komplektasiyasına raketləri lazer vasitəsilə istiqamətləndirə bilən KGK tipli avadanlıqlar da daxil edilib. Təyyarələrdə qanadların açılması hesabına uçuş məsafəsinin artırılması, kəskin hava şəraitində müşahidə qabiliyyətinin yüksəldilməsi, eləcə də ANS/KKS proqram təminatı da quraşdırılıb.

Teqlər:

"T\u00fcrkiy\u0259nin modernl\u0259\u015fdirdiyi \"La\u00e7\u0131n\" q\u0131r\u0131c\u0131s\u0131 Az\u0259rbaycana t\u0259hvil verilib"

Əlaqəli Xəbərlər