Sahil Babayev Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək
Nərmin Qocamanlı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mayın 31-də Gədəbəy rayonunda Gədəbəy və Şəmkir rayonlarının sakinlərini qəbul edəcək.
ƏƏSMN-dən "Operativ Media"ya verilən məlumata görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar 21 - 23 may tarixlərində Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Teqlər:
"Sahil Babayev G\u0259d\u0259b\u0259y rayonunda v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul ed\u0259c\u0259k"