Menyu

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Nərmin Qocamanlı
Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində piyada keçidinin tikintisi yekunlaşıb.

"Operativ Media"  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır.

Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunub.

Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat və təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.

Teqlər:

"Bak\u0131-Quba yolunda piyada ke\u00e7idinin in\u015fas\u0131 ba\u015fa \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər