ADY 9 may tarixinə Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təyin edib
Nərmin Qocamanlı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
ADY-dən "Operativ Media"ya verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri 9 may tarixinə və həftəsonu günlərinə təyin edir.
Biletləri dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərsiniz.