Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb
Nərmin Qocamanlı
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb. Onlardan narkotik vasitə olan heroin aşkar edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Teqlər:
"A\u011fsuda narkotikl\u0259rin d\u00f6vriyy\u0259si il\u0259 m\u0259\u015f\u011ful olan 2 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"