Menyu

Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə görüşüb

Nərmin Qocamanlı
Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudla görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşıb.

"Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl-Səudla çoxşaxəli  enerji əməkdaşlığımızın inkişafına və qlobal gündəliyin vacib məsələrindən olan ədalətli  enerj keçidi, COP29 üzrə fəaliyyətimizə dair məhsuldar görüşümüz oldu. Bərpa olunanenerji layihələrinin icrasının sürətləndirilməsini, neft emalı və neft kimya məhsullarının təchizatı sahəsində əməkdaşlığı razılaşdırdıq. Birgə Texniki Komitənin 3-cü iclasının enerji əlaqələrimizi möhkəmləndirən nəticələrini dəyərləndirdik. Yaşıl enerji tərəfdaşlığımızı gücləndirən əməkdaşlıq sənədlərini - Energetika Nazirliyi və ACWAPower şirkəti arasında 200 MVt-lıq  Batareya Enerji Saxlanc Sistemi (BESS) layihəsi ilə bağlı İcra Müqaviləsi və 200 MVt-lıq quruda kelək enerjiis layihəsi üzrə Çərçivə Müqaviləsini imzaladıq", - paylaşımda qeyd olunub.

Teqlər:

"P\u0259rviz \u015eahbazov S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131\u00a0Krall\u0131\u011f\u0131n\u0131n energetika naziri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"

Fotogalereya

Əlaqəli Xəbərlər