Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb
Nərmin Qocamanlı
Qanunsuz balıq ovunun qarşısının alınması, balıq və digər su bioresurslarının ovunda istifadə olunan qanunsuz ov alətlərinin su hövzələrindən yığışdırılması məqsədilə “Təmiz hövzələr” aksiyası davam edir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qurumun əməkdaşları tərəfindən bu ilin aprelində Xəzər dənizindən, Kür və Araz çaylarından, Yenikənd, Şəmkir və Mingəçevir su anbarlarından ümumilikdə 21 min 810 metr uzunluğunda 375 ədəd sintetik tor və istifadəsi qadağan olunmuş digər ov alətləri aşkar edilərək götürülüb.
Teqlər:
"Apreld\u0259 su h\u00f6vz\u0259l\u0259rind\u0259n 375 \u0259d\u0259d sintetik tor g\u00f6t\u00fcr\u00fcl\u00fcb"