Menyu

Bu gün Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq

Nərmin Qocamanlı
Bu gün Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq

Bu gün paytaxtın Sabunçu və Səbail rayonlarında qaz təchizatında fasilə yaranacaq

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, “Nardaran QPS” ölçü qovşağından qidalanan “Hacı Seyfəl” orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədi ilə mayın 3-də saat 10:00-dan qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsinin Nizami küçəsinin və Bağlar massivinin, Səbail rayonu üzrə isə Badamdar qəsəbəsinin 3-cü yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Teqlər:

"Bu g\u00fcn Sabun\u00e7u v\u0259 S\u0259bail rayonlar\u0131nda qaz t\u0259chizat\u0131nda fasil\u0259 yaranacaq"

Əlaqəli Xəbərlər