Menyu

KTM: Ötən ay 56 nəfər dərmandan zəhərlənib

Nərmin Qocamanlı
KTM: Ötən ay 56 nəfər dərmandan zəhərlənib

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 118 nəfər qəbul edilib.

Kliniki Tibbi Mərkəzdən "Operativ Media"ya verilən məlumata görə, şöbəyə qəbul edilən xəstələrdən 56 nəfər dərmandan, 31-i sirkə turşusundan, 8-i etanoldan, 7-si dəm qazından və 5 nəfər botulizmdən zəhərlənən şəxslərdir.

Həmçinin 6 nəfər allergik reaksiya, 4 nəfər ilan sancması, 1 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 4-ü (2 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu, botulizm, allergik reaksiya və dərman zəhərlənmələrindən qeydə alınıb.

Teqlər:

"KTM: \u00d6t\u0259n ay 56 n\u0259f\u0259r d\u0259rmandan z\u0259h\u0259rl\u0259nib"

Əlaqəli Xəbərlər