Bakıda yeni yerüstü piyada keçidinin inşasına start verilib
Nərmin Qocamanlı
Bakıda Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda yerüstü piyada keçidinin inşasına start verilib.
"Operativ Media" xəbər verir ki, bu arədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, piyada keçidi Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü km-də inşa olunur. Layihə üzrə keçidin ümumi uzunluğu 51 metr, daxili eni 3,50, pilləkənlərin eni 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,8 metr olan keçid orta dayaqdan ibarət, metal konstruksiyalıdır.
Hazırda keçiddə özül svaylarının vurulması işləri aparılır. İki giriş-çıxışdan ibarət olması nəzərdə tutulan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılacaq. Layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Teqlər:
"Bak\u0131da yeni yer\u00fcst\u00fc piyada ke\u00e7idinin in\u015fas\u0131na start verilib"