Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb
Nərmin Qocamanlı
Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək.
"Operativ Media" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Məlumata görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.