Menyu

Mayın 15-dən bəzi sürücüləri 50 manat cərimə gözləyir

Mayın 15-dən bəzi sürücüləri 50 manat cərimə gözləyir

Mayın 1-dən etibarən bütün avtomobillərdə katalizatorların yoxlanacağı, katalizatoru yerində olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən “Operativ Media”ya bildirilib ki, mayın 15-dən etibarən respublika ərazisində ''Təmiz hava'' aylığının keçirilməsinə başlanacaq. İdarənin inspektoru Elvin Hacıyevin sözlərinə görə, məqsəd atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olduğu avtonəqliyyat vasitələrinin istismarının qarşını almaqdır:

''Bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Bütün bunlar nəzərə alınaraq bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, əks təqdirdə aşkar olunan qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini onların nəzərinə çatdırırıq”

Qeyd edək ki, qanunvericiliyə əsasən, yoxlama zamanı normadan artıq tullantı ixrac etdiyi müəyyən edilən avtomobil sahiblərinin inzibati qaydada 50 manat məbləğdə cərimə olunması nəzərdə tutulur.

Teqlər:

"May\u0131n 15-d\u0259n b\u0259zi s\u00fcr\u00fcc\u00fcl\u0259ri 50 manat c\u0259rim\u0259 g\u00f6zl\u0259yir"

Əlaqəli Xəbərlər