Nərimanovda mağazadan 700 manatlıq ət oğurlamaqda şüphəli bilinən şəxs tutulub.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 28-nə keçən gecə rayon ərazisində yerləşən mağazaların birindən 700 manat dəyərində ət məhsulu oğurlamaqda şübhəli bilinən Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıb.